“Ermənistanın bu əməlləri regional sülhə böyük təhdid yaradır”. APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Azərbaycan özünün suveren əraziləri çərçivəsində müharibə aparır: “Ermənistan isə öz ərazisindən istifadə etməklə Azərbaycan şəhərlərini atəşə tutur. Ermənistan enerji infrastrukturlarını da hədəfə alır ki, bu da təkcə Azərbaycan deyil, digər ölkələr üçün də təhlükə yaradır”.


Şərhlər
KTMT-yə TAPŞIRMAQ LAZIMDIR Kİ, İTİNİ AYAĞINA BAĞLASIN. SABAH BİZ DƏ ERMƏNİSTANIN ŞƏHƏRLƏRİNİ VİRAN EDƏNDƏ ÜSTÜMÜZƏ GƏLMƏSİN. BU TƏŞKİLATIN MƏRAMI BUNDAN İBARƏTDİR Kİ, BİZİM ÜZVÜMÜZ İSTƏNİLƏN ÖLKƏYƏ HÜCUM EDƏ VƏ İSTƏDİYİ TERROR AKTINI TÖRƏDƏ BİLƏR. AMMA HEÇ KİM ONA ADEKVAT CAVAB VERƏ BİLMƏZ. KİM ERMƏNİSTANA BİR DAŞ ATSA BİZİ QARŞISINDA GÖRƏCƏK. BU CÜR PRİNSİPLƏRLƏ QURULAN, QOYNUNDA CİNAYƏTKAR DÖVLƏT BƏSLƏYƏN BİR TƏŞKİLATIN TERROR TƏŞKİLATINDAN FƏRQİ NƏDİR? KTMT YA SAKİTCƏ DAĞILMALI, YA ERMƏNİSTANI DƏRHAL ÖZÜNDƏN UZAQLAŞDIRMALI, YA DA ONUN CİNAYƏTLƏRİNDƏ İŞTİRAKÇI QİSMİNDƏ MƏSULİYYƏTİ BÖLÜŞMƏLİDİR.
Metsamorun yanına atın ki, ağılları başlarına gəlsin.