Menu

“Yerli məhsullarla yanaşı Türkiyə malları alaq!” – Deputat əhaliyə çağırış etdi

12.10.2020, 12:14
“Yerli məhsullarla yanaşı Türkiyə malları alaq!” – Deputat əhaliyə çağırış etdi

“Azərbaycanın 13 milyard 667 milyon dollarlıq illik idxalında 4 ölkə 1 milyard dollardan artıq paya malikdir. Belə ki, ötən il Rusiyadan 2 milyard 290 milyon dollar, Türkiyədən 1 milyard 646 milyon dollar, Çindən 1 milyard 432 milyon dollar və İsveçrədən 1 milyard 223 milyon dollarlıq mal almışıq.

Qalan 7 milyard dollarlıq idxalımız isə digər ölkələrin payına düşür. İdxal həmin ölkəyə valyuta dəstəyi deməkdir. Yəni, biz hansı ölkədən idxal ediriksə həmin ölkəyə valyuta göndəririk”.

“AzPolitika.info" xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov bildirib. Millət vəkili Qarabağ uğrunda apardığımız savaşda Türkiyənin Azərbaycana ciddi siyasi dəstəyi olduğunu xatırladır: “Son illər bir sıra aparıcı dövlətlərin qardaş ölkəyə olan siyasi basqıları Türkiyə iqtisadiyyatına da təsirsiz ötüşməyib. Biz bazarlıq edən zaman yerli məhsullar ilə yanaşı Türkiyə malları almaqla qardaş ölkə iqtisadiyyatına töhvə vermiş olarıq. Hamımızı Türk malı alsaq, xeyir qardaşımıza qalar”.

AzPolitika.info

Şərhlər

Azer 2020-10-12 14:23:17

Duzdur, mende calisiram turk mali alam, baxmayaraq keyfiyyeti nisbeten asaqi olsada (sohbet bezi mehusllardan gedir). Amma ekseriyyet mehusllari hamsi keyfiyytelidir

vidadi goyce 2020-10-12 14:01:22

metal boru ve profil istehsali ucun xammali,metali rulon halinda rusiyadan aliriq,mlyonlarla dollar ora gedir,buyurun idxal vergisini turkiyeden gelen mallardan azad edin bize daha yaxshi olar ,hem keyfiyyetli,hemde tez olar.

Fatime 2020-10-12 13:57:16

Bunu once dovlet etmeli rus malini az almalidi halbuki bizim pomidoru ve qarpizi yemisi rus bazarlarinda sixisdirirlar. Moskvadan basqa her yerde coxu ozbek ermeni mehsullaridi

Semed 2020-10-12 13:02:15

Nəvələrim ve özüm üçün Türkiyədən gətirdiyim 4 eded.aysqqabi ,,5 aydır gomrukdedir ne ödədiyim 70 AZN gömrük rusimunu.qaytarirlar ne de malı verirler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol