Menu

Fransa İran üzərindən Ermənistana silah göndərdi

12.10.2020, 13:40
Fransa İran üzərindən Ermənistana silah göndərdi

Ermənistan humanitar yardım bəhanəsi ilə ölkəyə qanunsuz olaraq silah-sursat idxal etməyə davam edir. Bu məqsədlər üçün mülki təyyarələr fəal şəkildə istifadə olunur və bununla da 1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozur.

Bundan əvvəl virtualaz.org dəfələrlə Rusiyadan Ermənistana çoxsaylı uçuşlar vasitəsilə hərbi yüklərin daşındığı barədə yazmışdı. Yalnız 3-dən 9-a qədər olan dövrdə, döyüş əməliyyatları əsnasında Rusiyadan Ermənistana mülki təyyarələr ümumi çəkisi 20 tondan çox olan silah-sursat "humanitar" tədarükü həyata keçirib. Ermənistanın bu cür tələsik hərəkətləri Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı erməni tərəfinin verdiyi itkilərə görədir.

Lakin virtualaz.org-a məlum olduğu kimi, Ermənistana silah təchizatı yalnız Rusiyadan deyil.

Beləliklə, dünən axşam F-GKXY dövlət nömrə nişanlı "Airbus A320-214" yük təyyarəsi Parisin "Charles de Gaulle" hava limanından Yerevana uçub. Təyyarə İranın hava məkanından keçərək saat 00:12-də Ermənistan paytaxtına çatıb.

Şərhlər

Rita 2020-10-12 17:18:43

Tam Vaxtidi Irandaki Azerbaycanlilar qalxin ayaga .. insAllah az qalib Qelebeye❤️

Semed 2020-10-12 16:47:29

Minsk qrupunun tərkibi dəyişməlidir Fransa və Rusiya ordan çıxarılmalıdır

Millət deyir 2020-10-12 15:52:52

putin +makaron+paşinyan+xomeneyi= Bunlar Azərbaycan düşmənləridi

Mirzə Qafarlıİranlı general Su 2020-10-12 15:04:45

harada qaldı sizin qardaşlığınız.?

Vətənpərvər 2020-10-12 14:36:01

Fransa, İran və Rusiya birmənalı olaraq ermənipərəstdirlər. Hər şeyə rəğmən biz hərbi əməliyyatları dayandırmamalıyıq. Hazırki hərbi üstünlükdən istifadə edib torpaqlarımızı azad etməliyik. Tək yol budur.

Vətənpərvər 2020-10-12 14:36:00

Fransa, İran və Rusiya birmənalı olaraq ermənipərəstdirlər. Hər şeyə rəğmən biz hərbi əməliyyatları dayandırmamalıyıq. Hazırki hərbi üstünlükdən istifadə edib torpaqlarımızı azad etməliyik. Tək yol budur.

Rüfət 2020-10-12 14:14:05

Atəşkəs Ermənistanın yenidən silahlanması üçün gözəl vasitədir Fransadan müasir silahlar alaraq yenidən hücuma keçəcəklər biz isə əlimizə düşən imkandan istifadə etmək istəmirik tarixdən ibrət götürürük gözləyirik ermənilər ağıllanıb sülh yolu ilə torpaqlarımızı qaytaracaq bu heç vaxt olmayacaq

t.ədalət 2020-10-12 14:02:59

Həm İrandan,həm də Fransadan səfirimizi geri çağırmalıyıq.Fransa ermənistanın tərəfini tutduğuna hörə Minsk qrupundan da çıxarılmalıdır.

Fatime 2020-10-12 13:50:19

Bizim dovlet ultimatum vermir iranin terefini tutan mollalarda deyir ki duz olsa Baki Tehrana ultimatum verer !! Edin de ne qeder bu farsin nazini cekeceksiz

Ədalət 2020-10-12 13:49:48

Niyə İrana nota verilmir !!! NİYƏ AMERİKANİN SANKSİALARİNA YOX DEDİK ???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol