Menu

"Danışıqlar prosesinin yenidən başlamasını uzatmağı düzgün saymırıq" - Lavrov

12.10.2020, 16:45
"Danışıqlar prosesinin yenidən başlamasını uzatmağı düzgün saymırıq" - Lavrov

Dağlıq Qarabağla bağlı siyasi prosesin bərpasını uzatmaq olmaz, lakin bu, bütün proseslərin tez və eyni vaxtda həll olunacağı demək deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün deyib.

"Ümid edirik ki, hər iki tərəf qəbul edilmiş qərarları dərhal həyata keçirəcək. Bu gün bu barədə ətraflı danışdıq", - deyə rusiyalı nazir erməni həmkarı ilə danışıqlardan sonra bildirib.

Lavrov qeyd edib ki, söhbət əsnasında tərəflərin necə irəliləyəcəyi barədə fikir mübadiləsi aparıblar: "Bu, o demək deyil ki, bütün məsələlər tez və eyni vaxtda həll olunacaq. Başa düşürük ki, proses lazımdır, ancaq siyasi danışıqlar prosesinin yenidən başlamasını uzatmağı düzgün saymırıq”  /İnterfax-Azerbaijan

Şərhlər

Esger 2020-10-13 15:44:21

Erməniperest lavrov. Lənət olsun sənə və sənin gördüyün işə. Mövqeyiniz mətbuatda bu savaşı nece işıqlandırdığınızdan görünür. Siz ermeni maraqlarına xidmet edirsiz. Sizin terefkeş mövqeyinizdə kimin yolunu açdığını görürük. İstəmirik sizi, sizdən gələn sülhü. Cəhənnəm olun torpaqlarımızdan. Tökülen qanlarda boğulasız inşeAllahh

Cəmşid Dərələyəzli 2020-10-13 09:19:54

Kaş ki,Lavrov bütün dediklərinizin heç olmasa 30%--də səmimi olardı. Amma unutmasın ki, Rusiyanın bu "səmimiyyət”ləri gec -tez Rusiyanın özünü də pis vəziyyətə salacaq. Unutmayın ki, Dünyada, xüsusən də Qafqazda gedən proseslər, dəyişən dəngələr artıq bunu diqtə edir.

Mekan 2020-10-13 08:55:00

30 ildə proses yox idi? Nəyi təzədən başlayacaqsınlz? Yenə bir 30 il gözləməyi? Biz dı düşünürük ki artıq danışıqlara yox döyüşə getmək lazımdı vəssalam.

Dost ve dushmeni taniyin !!! 2020-10-12 22:18:02

Ermeni Kalantaryanin ( Lavrov ), BUTUN DANISHIQLARDA ISHTIRAKI QADAQAN OLUNMALIDIR, chunki, bu riyakar , hiyleger tip, Azerbaycan XALQININ dushmenidir.........

müəllim 2020-10-12 16:54:01

Erməni dığalarına yerini göstərməyin vaxtıdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol