Lavrov Türkiyənin həmsədrliyinin mümkünlüyü haqda - "Çavuşoğlu ilə əlaqə yaratdım"

“Moskvada qəbul olunan birgə bəyanatda danışıqlar prosesinin, danışıqlar formatının dəyişməz olduğu təsdiqlənib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla birgə mətbuat konfransında deyib.

Rusiya XİN başçısı Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara qoşulmasının mümkünlüyünə münasibət bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu olduqca çox saylı ölkələr qrupudur: "Danışıqları aparmaq üçün səlahiyyət üç həmsədrə - Rusiya, ABŞ və Fransaya verilib. Dünya paytaxtlarından səslənən bəyanatlarda üç həmsədrin mandatına bağlılıq ifadə olunub”.

S. Lavrov həmsədrlərin hazırda Moskvada olduğunu, Ermənistan XİN başçısı ilə görüş keçirəcəklərini də vurğulayıb: “Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskva razılaşmasını alqışlayıb. Gecə danışıqları zamanı mən türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə əlaqə yaratdım, onu məlumatlandırdım ki, səylərimizə dəstəyə ümid edirik. Bazar günü biz yenə telefon danışığı apardıq, bu zaman yenə də Moskva sənədinə dəstək təsdiqləndi”.

635x100

Şərhlər

Cəfər 2020-10-13 15:32:56

Türkiyə masada olmalıdır! !!!

Anar 2020-10-13 01:58:22

Zefer Islam ordusunundur inwallah

AhmadoFF 2020-10-13 00:37:28

Əvvəl axır biz qazanacıq. Siz sadəcə ləngidə bilərsiniz

semed 2020-10-12 21:22:04

KOLLEKTIV TEHLUKESIZLIYE ALTERNATIV YARATMAQ TURKIYE PAKISTAN AZERBAYCAN

Cəmşid Dərələyəzli 2020-10-12 19:14:26

Rusiya üzdə Türküyəyə qarşı humanist yanaşsa da danışıqlarından və təkəbbüründən görünən o ki, Rusiyaya qalsa onlar Türküyəni Həmsədr ölkələr içərisində görmək istəməzlər. Amma unudur ki, taroix və mövcud status kvo bunu diqtə edir. İstəməsənizdə belə. Yaşayarıq görərik.

Leyla 2020-10-12 18:30:26

Türkiyənin qardaş xalqin hemsedrliyi ancaq bizə uğur gətirə bilər o birilərindən fayda gelmez bizə ermənini destekleyirler.

Vətəndaş 2020-10-12 18:13:49

220 milyonluq Pakisdan da bizim arxamızdadır.

Şaiq 2020-10-12 18:00:01

Həmsədr ölkə kimi 28 ildə nə iş görübsünüz??? Heç nə!!! Ona görədə vasitəçi olmaq hüququnu çoxdan itirmisiniz. Türkiyə Cümhuriyyəti masada olması şərtdir və onunla hesablaşacaqsınız.

Son yazılar