“Cəbhədə ermənilərin təxribatı davam edir. Onlar yenə də bizim mülki insanlarımıza atəş açmaqda davam edirlər”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində deyib.
Onun sözlərinə görə, düşmən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açmaqda davam edir:
“Ancaq belə davam edəcəksə bizim Silahlı Qüvvələrimiz də onlara cavab vermək məcburiyyətindədirlər. Bu, növbəti dəfə Ermənistanın insani anlaşmalara necə yanaşmasının bir göstəricisidir”.


Şərhlər
TURKIYENIN HERBI BAZALARI NE VAXT AZERBAYCANDA YERLESDIRILECEK. BIZDE RAHAT OLAQ.....
İshqalci Ermenistanin, Azerbaycanda xalqa qarshi toretdikleri herbi cinayetler barede , HAAQA BEYNALXALQ HERBI TRIBUNALA ve BMT MEHKEMESINE RESMI MURACIET ETMƏK LAZIMDIR...