"Gəncə şəhərinin yaşayış massivinə böyük hücumun baş verdiyi ərazini ziyarət etdim. Həlak olanlar və yaralananlara görə başsağlığı verirəm".
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai "Tvitter"də yazıb.
"BMT Baş Katibliyinin mülki əhali və infrastrukturu beynəlxalq humanitar qanunlar çərçivəsində qorumaq çağırışını yenidən vurğulayıram. BMT lazım olarsa, humanitar ehtiyacları qarşılamağa hazırdır", - o qeyd edib.


Şərhlər
ADAM OLDUQCA YUMŞAQ İFADƏLƏRDƏN İSTİFADƏ EDİB. DƏRHAL HİSS OLUNUR Kİ, SİYASİ İRADƏSİ VƏ SÖZ DEMƏK İXTİYARI YOXDUR. . BELƏLƏRİ ADƏTƏN BAŞ İDARƏNİN SÖZLƏRİNİ TƏKRARLAMAQ ÜÇÜNDÜR. BMT DƏ SÖZƏBAXAN, ƏFƏL KADRLARI SEVİR.
BMT Rezidenti Cənab Qulam İsakzai, Azərbaycan vətəndaşları 27 ildir BMTdən, işğalçı Ermənistanı TŞnın iclasına çağırıb DQMV üzrə qətnamənin icra etmədiyinə izahat alacaq və təsirli məhdudiyyətlər tətbiq edəcək, ya da BMT işğalçını üzvlüyündən çıxaracaqdır?