CƏBHƏDƏ QIZĞIN DÖYÜŞLƏR DAVAM EDİR! - Düşmənin könüllülərdən ibarət dəstəsi məhv edilib

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.

Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.

Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

635x100

Şərhlər

Seyid Ənhu 2020-10-13 16:25:47

YERİN DİBİNƏ GİRSİN HUMANİZM! HÖRMƏTLİ AZPOLİTİKA BU HAQDA DÜRÜST MƏLUMAT ƏLDƏ EDİB İCTİMAİYYƏTƏ ÇATDIRMANIZI İSRARLA XAHİŞ EDİRİK.

OXUCU 2020-10-13 13:55:29

ALLAH XATİRİNƏ DÜŞMƏNƏ NƏ VAXT, NƏ AMAN VERİLMƏMƏLİDİR.DÜŞMƏN ÇOX HİYLƏGƏRDİR,

Millət 2020-10-13 10:20:13

biz müdafiyədən çıxıb əvvəlki günlərdə olan tempdə hücumu davam edib düşməni torpaqlarımızda çıxarmalıyır. Düşmənə imkan verməməliyik hücuma keçsinlər

Son yazılar