Menu

Vilyam Hacıyevin vəsatəti təmin edilməyib

13.10.2020, 16:10
Vilyam Hacıyevin vəsatəti təmin edilməyib

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsində sabiq icra başçısının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin olunmayıb.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin cari ilin may ayında İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla saxlanılıb.

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Şərhlər

ilyas 2020-10-13 17:39:23

Ermənilər də belə həyasız və abıqsızdırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol