Menu

Co Bayden seçkiqabağı son rəy sorğusunda önəmli üstünlük qazanıb

13.10.2020, 19:52
Co Bayden seçkiqabağı son rəy sorğusunda önəmli üstünlük qazanıb

ABŞ Demokrat partiyasının prezidentliyə namizədi, keçmiş vitse-prezident Co Bayden bu ilin noyabr ayında keçiriləcək seçkilərə 3 həftə qalmış rəy sorğularında önəmli üstünlük qazanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Co Bayden hətta “tramppərəst” sayılan Ohayo ştatında öz mövqelərini möhkəmləndirib. 

Xatırladaq ki, 2016-cı ildə Donald Tramp həmin ştatda əsas rəqibi Hillari Klinton üzərində tam 8 faizlik (51%-43%) üstünlüyə malik olmuşdu.

Ekspertlər Co Baydenin populyarlığının çoxalmasını kənd rayonlarında və məskunlaşmanın az olduğu bölgələrdə seçicilər arasında ona rəğbətin artması ilə izah edirlər. Bundan başqa demokrat namizəd dünən Ohayoda 2 müxtəlif tədbirə də qatılıb.

Ohayo ştatının konqresmeni, demokrat siyasətçi Marşin Fyuc Co Baydenin sözügedən bölgədə qalib gələcəklərinə əmin olduğunu, bunu əllərindəki rəqəmlərlə təsdiq olunduğunu bildirib.
Lakin prezident Donald Trampın qərargahı bu rəqəmlərə şübhə ilə yanaşır Qərargahın rəsmi nümayəndəsi Tim Merto Co Baydenin bütün səylərinin əbəs olduğunu, hətta Trampın bu ştatda 2016-cı ildə olduğundan daha çox səs toplayacağını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol