Yerdə həyatın normallaşması və koronavirus pandemiyası üzərində qələbə üçün supereffektli və hamı üçün əlçatan olacaq vaksin lazımdır.
Bu barədə Mikrosoft korporasiyasının yaradıcısı Bill Qeyts NBC teleşirkətinin efirindən bəyan edib. «Tam normaya qayıtmaq üçün yeganə yol - supereffektli və bir çox insanlar üçün əlçatan olacaq vaksinin yaradılmasıdır. Bu, dünya miqyasında xəstəliyin axırına çıxmağa imkan yaradacıq» - Qeyts bildirib.
Xəbər verilir ki, Qeytsin fikrincə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) koronavirus testlərinin böyük qismi tamamlə boş şeydir, sadəcə vaxt itkisidir. Onun sözlərinə görə, ABŞ-da insanlar koronavirus testləşdirilməsinin nəticələrini kifayət qədər tez əldə edə bilmirlər. Bu, tibb müəssisələrində «elementar axmaqlıq» üzündən baş verir. O, həm də əmindir ki, pandemiya 2022-ci ildə sona çatacaq.
AzPolitika.info


Şərhlər