“Ermənistanın humanitar atəşkəsə “sadiq qalması” tam riyakarlığın təzahürüdür”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.
“Səhərdən Tərtər şəhəri güclü artilleriya hücumuna məruz qalır. Şəhərə və ətraf kəndlərə 100-dən çox top mərmisi atılıb, 6 dinc sakin yaralanıb. Bir mülki şəxs qətlə yetirilib. Tərtər - erməni nasizmi qarşısında Azərbaycanın “Stalinqrad”ıdır”, - o yazıb.
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir. Bir mülki şəxs ölüb.


Şərhlər
Hörmətli azpolitika aydınlıq gətirin bu varlı məmurlar müharibə üçün nə edirlər Niyə ictimayete çıxıb cənab prezidente destek göstərmirlər. Bu İcra başçıları və iş adamları fonda pul köçürdmüler. Onsuz internetden hamı bilir kimin nə qədər varı dövləti və puı var Bu çətin gündədə kömek etmediler müharibədən sonra bu xalqın üzünə nece baxacaqlar