Menu

Suriyada vuruşan daha iki azərbaycanlı öldürüldü

10.10.2014, 12:18
Suriyada vuruşan daha iki azərbaycanlı öldürüldü

[caption id="attachment_60768" align="alignleft" width="300"] arxiv foto[/caption]

Suriyada daha iki azərbaycanlı öldürülüb.

Lent.az-ın Suriyada vuruşan silahlı qruplaşmalara məxsus saytlardan əldə etdiyi məlumata görə, öldürülən azərbaycanlılardan biri “İslam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan “Əbu Abdu-Rauf Əl-Azəri” ləqəbli Azərbaycan vətəndaşı Seymur Topçubaşovdur.

O, ABŞ Hərbi-Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində ölüb.

S. Topçubaşov “İslam Dövləti” silahlı qruplaşmasında top-artilleriya taqımının komandiri olub.

Suriyada öldürülən digər azərbaycanlı isə “Abu Sureyya” ləqəbli Sumqayıt sakinidir. Onun əsl adı açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol