Menu

Ronaldudan sonra "Yuventus"un daha bir futbolçusu koronavirusa yoluxdu

14.10.2020, 19:38
Ronaldudan sonra "Yuventus"un daha bir futbolçusu koronavirusa yoluxdu

İtaliyanın "Yuventus" klubunun futbolçusu Ueston Makkennidə koronavirus aşkarlanıb. "Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin testi müsbət nəticələndiyi üçün bütün komanda karantinə alınıb.

Daha əvvəl "Yuventus"un ulduz futbolçusu Kriştianu Ronaldu koronavirusa yoluxub.

Qeyd edək ki, müqavilə ilə Almaniya "Şalke"sinə məxsus olan Ueston Makkenni icarə əsasında "Yuventus"da çıxış edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol