Menu

TAP-ın tikintisinin başa çatması mühüm hadisədir - Ağ Ev

14.10.2020, 21:53
TAP-ın tikintisinin başa çatması mühüm hadisədir - Ağ Ev

“Trans-Adriatik” (TAP) qaz boru kəməri Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. “Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosu “Twitter” hesabında bildirib:

“Əhəmiyyətli dərəcədə hazır olan TAP ilə Avropanın enerji təhlükəsizliyi irəli aparıldı. TAP kəməri Yunanıstan sərhədindən tutmuş İtaliyadakı terminallaradək təbii qazla doldurulub”.

Bununla yanaşı, Yunanıstandakı səfir Cefri Pyat tərəfindən dəyərləndirmə açıqlanıb: “TAP kəmərini Cənubi Avropada enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsi istiqamətində daha böyük nailiyyət münasibətilə təbrik edirəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol