“ERMƏNİ KİTABI” BAĞLANILMALIDIR!

Xeybər GÖYYALLI

Hay tayfasının xarakterindən az-çox xəbərdar olanlar yaxşı bilirlər ki, onlar saxta tarix yaratmaqla özlərinə dövlət qurmuşlar. Buna da zaman-zaman türklərin düşmənləri olan imperiyaların əli ilə nail olublar.

Erməni tarixi yalan, saxta və qondarma “faktlar” əsasında (əslində, əsası yoxdur) yazılmış açıq kitaba bənzəyir. Ona görə açıq kitab adlandırırıq ki, bu kitaba istənilən vaxt müdaxilə edilir, kim nə istəyirsə çıxarır, kim nə istəyirsə əlavə edir. Ona görə açıq kitab deyirik ki, saxta tarix yazanlar bu kitaba nöqtə qoya bilmirlər. Xislətləri - məkrləri, riyakarlıqları buna imkan vermir. Yer üzünə alaq otu kimi səpələnmiş bu tayfa harada icma şəklində on-on beş il məskunlaşırsa, oranı doğma vətəni bilir, özlərini həmin məkanın aborigen xalqı sanır.

Müasir tarixi fakt göz qabağındadır. Arxalarında bərk duranların hər cür dəstəyi ilə 1993-cü ildə işğal etdikləri rayonlarımızdan bu gün çıxmaq istəmirlər. Min illərlə orada yaşamış Azərbaycan türklərinin yaratdıqları maddi mədəniyyət abidələrini vandalcasına dağıdır və müxtəlif üsullarla özününküləşdirirlər. Bununla həmişə açıq olan saxta tarix kitablarına yeni səhifələr əlavə edib dünyaya sırıyırlar. Məqam düşəndə isə həqiqi tarixin araşdırılmasından, əsl həqiqətin üzə çıxmasından hiyləgərcəsinə qaçırlar.

2015-ci ildə saxtakarlıqla dünyaya sırıdıqları erməni soyqırımının yüz illiyində bütün dünyada, o cümlədən ABŞ-da olmazın vay-şüvən saldılar. Türkiyə Cümhuriyyətinin indiki prezidenti sayın Ərdoğan yüz illik saxta vay-şüvənə son qoyacaq bir təklif irəli sürdü. Sayın Ərdoğan bəyan etdi ki, faktaraşdırıcı beynəlxalq komissiya yaradılsın və arxivlər açılsın, kimin tarixdə hansı missiyanın daşıyıcısı olduğu birdəfəlik bəlli olsun. Tarixən imperiyaların oyununda alətə çevrilmiş məlum qövmün başbilənlərinin səsi qarınlarından gəldi.

Torpaq itkisi ilə barışmayan və ərazi bütövlüyünü təmin etməkdə qətiyyətli olan Azərbaycan dövləti yeni bir prosesə start verib. İşğal olunmuş ərazilərin danışıqlar yolu ilə qaytarılacağına uzun illər səbrlə duruş gətirmiş Azərbaycanın daha səbri tükənib. Bu səbəbdən dövlətimiz ərazi bütövlüyünün təmini üçün dünya dövlətləri tərəfindən tanınan sərhədləri daxilində anti-terror əməliyyatına başlayıb. Beynəlxalq hüquqa görə bu aktı bütün dünya alqışlamalıdır. Ancaq təəssüflər olsun ki, bu, belə deyil. Elə belə olmadığı üçündür ki, Azərbaycan torpaqları otuz ildir işğal altındadır. Erməni hiyləsinə uyan bəzi dövlət rəhbərləri hələ də şər qüvvələri açıq-aşkar müdafiə edirlər. Dünya xalqlarının ədalətin ünvanı və ədalətsizliyə məruz qalan xalqların son ümid yeri kimi baxdığı BMT belə ədalət tərəzisini əlində əyir. BMT kimi mötəbər bir təşkilata sədrlik edən şəxs, rəhbəri olduğu beynəlxalq qurumun yox, saxta və qondarma tarix yazan bir xalqın tələsinə düşür. BMT-yə rəhbərlik edən Quterreşin özü də yaxşı bilir ki, sədr kimi maaş aldığı beynəlxalq qurumun dörd qətnaməsinin heç birinə ermənilər nəinki əməl etmir, əksinə, bu qətnamələrə bir kağız parçası kimi bir kənara atıblar. BMT və ATƏT-in Minsk Qrupunun üç həmsədr dövləti isə hələ də köhnə missiyalarına sadiq qalaraq ermənilərə keşik çəkirlər. Birində ədalət yoxdur ki, silahlı ermənilərin Azərbaycan ərazisindən çıxmasını tələb etsin. Otuz ildir boş və mənasız danışıqlarla məşğuldurlar.

Azərbaycan dövləti yeni proses başladıb. Bu prosesə BMT, ATƏT, Avropa Birliyi və digər beynəlxalq qurumlar ciddi dəstək verməlidirlər. Cənubi Qafqazda bu gün başlanan siyasi proses sabah bütün dünyada proqressiv dəyişikliklərə gətirib çıxara bilər. Bu prosesin sabah hansı dəyişikliklərə gətirib çıxaracağını proqnozlaşdıranlar isə bütün gücləri ilə müsbət istiqamətin yönünü dəyişməyə çalışırlar. Onlar yaxşı anlayırlar ki, Azərbaycanın başlatdığı proses yalnız Cənubi Qafqazda yox, ümumən keçmiş SSRİ coğrafiyasında ciddi dəyişikliklərə səbəb olacaq. Gürcüstanda, Ukraynada, Moldovada sünicəsinə yaradılmış separtizmə son qoyulacaqdır.

Əslində, Azərbaycanın başlatdığı yeni siyasi prosesə Rusiya dövləti də ciddi dəstək verməlidir. Əgər hansı səbəbdənsə açıq dəstək vermirsə, ən azından ədalət tərəzisinin əyilməsinə təkan verməməlidir. Rusiya bir dövlət kimi Ermənistanın illərlə davam etdirdiyi ədalətsizliyi müdafiə etməməlidir. Rusiyanın Ermənistana olan özəl və fərqli münasibəti yaxın gələcəkdə federasiyanın nəzdində yaşayan xalqların nifrətinə qazanmaqla nəticələnə bilər.

Dünya politoloji fikrinin tanınmış nümayəndələri keçmiş SSRİ-nin dağılmasının nüvəsində Qarabağ probleminin durduğu qənaətindədirlər. Rusiyanın bugünkü birtərəfli mövqeyi də ədalətli olmadığından yaxın gələcəkdə ciddi fəsadlara gətirib çıxaracağını söyləmək olar.

Yazının əvvəlində saxta erməni tarixinin hələ də açıq olduğunu bildirdim. Azərbaycanın başlatdığı yeni prosesdə bu saxta və qondarma tarix kitabı bağlanılmalıdır. Hiylə, məkr və riyakarlıqla yazılması hələ də davam etdirilən kitab bağlanılmalıdır! 

Bir daha vurğulayıram ki, bu saxta və qondarma tarix kitabının bağlanılmasından ötrü vicdanı, ədaləti, insafı-mürvəti olan hər bir dövlət başçısı əlindən gələn köməyi etməlidir. Bu saxtakarlıqla yazılmış açıq kitab gec-tez qapadılacaqdır, ancaq nə qədər tez olsa, bundan hər kəs fayda görəcəkdir.

635x100

Şərhlər

t.ədalət 2020-10-16 12:37:32

ermənilərin və ermənisevərlərin yazdığı "açıq kitab"ların çap edilib yayılması ilə məşğul olan adamlarımız da var.Məsələn,əleyhimizə olan,hədyanlar yazan məşhur fetoçulardan biri Əlif Şafaqın kitablarının Azərbaycanda çapının və satışının dayandırılması haqqında vətənpərvər insanlar səslərini ucaltsalar da təəsiri olmadı."Qanun" nəşriyyatının direktoru "Open.az" saytında aşkar surətdə bildirdi ki,Ə.Şafaqın kitablarının çapını dayandırmaq fikrindəı deyil.ermənilərin işğal etdiyi torpaqlarda əsgərlərimizin başına ələnən güllələri belə vecinə almayan,Vətənin ağır günündə "yad ocağını yandıran" adamların kimliyi şübhə doğurur..

Şaiq 2020-10-16 12:24:51

Dəyərli yazıya görə təşəkkür edirəm. Ermənilər dünyada yeganə "xalq"- dırlar ki, milliyətini, ad və soyadını dəyişirlər. Dağlıq Qarabağda olan 18 yaşdan yuxarı ermənilərin hamısı Dövlətimizə qarşı vuruşub və ya vuruşanlara yardım ediblər. Yəni cinayət törədiblər. Ona görədə mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Xocalı faciəsini törədənlərə bir yerdə yaşamaq olmaz.

Eldəniz 2020-10-16 11:35:46

Gözəl yazıdır....Amma xristian klublari və Birləşmiş Çayxana Təşkilatından medet umaga zatən gumanimiz çoxdan bitib və onların yazdıqları qətnaməyə yeni başlığı şanlı ordumuz yazdı və indi davam edir ...Qoy qarınları cirilana qədər ne qeder danışırlarsa danışsınlar bizim ordumuz dayanmayacaq sonuna kimi Ali Baş Komandan tərəfindən başlanmış şərəfli missiyanı axıra çatdıracaq...Və bundan sonra MDB adlanan ölü qurum da öz mahiyyətini tam itirəcək sozun əsl mənasında ....

Son yazılar