"Baza prinsipləri uzun illər ərzində, deyərdim ki, 10 ildən artıq müddətdə işlənib hazırlanıb. Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində biz mövqelərimizin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdik. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Lakin təəssüf ki, Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “hakimiyyət orqanları”nı danışıqlara cəlb etməyə cəhd göstərildi. Bu cəhd həm bizim tərəfimizdən, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, baza prinsiplərində hər şey dəqiq yazılıb. Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır.
"Bu, azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını və Dağlıq Qarabağın tərəflər arasında razılaşdırılmalı olan qəti statusunun müəyyən edilməsinə dair danışıqları nəzərdə tutur. Qısa desək, Azərbaycanın həmişə hörmətlə yanaşdığı baza prinsipləri bunlardır və onları biz hazırlamışıq.
Lakin Ermənistanın yeni hakimiyyət orqanları dəfələrlə bəyan ediblər ki, bu prinsiplər onlar üçün qəbuledilməzdir, onlar bircə qarış belə torpağı qaytarmayacaqlar. Bunu Ermənistanın baş naziri deyirdi. Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Bizim ünvanımıza daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu. Düşünürəm ki, erməni tərəf vəziyyəti, yaranmış yeni vəziyyəti ayıq şəkildə qiymətləndirməli və atəşkəs rejiminə sadiq olmalıdır. Halbuki, o, bir neçə saatdan sonra gecənin bir aləmində dinc Gəncə şəhərini bombalayaraq atəşkəsi vəhşicəsinə pozub".
"Bizim mövqeyimiz həmişə çox konstruktiv, ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb" - deyə, Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın mövqeyi həmişə praqmatik yanaşmaya əsaslanıb:
"Düşünürəm ki, danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir. “Qırmızı xətlərə” gəldikdə isə biz bunu çox dəqiq bəyan etmişik və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək. Lakin, eyni zamanda, bizim təklifimiz buna əsaslanırdı ki, gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı yaşamalıdır.
Yeri gəlmişkən, Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən çoxminlik erməni icmasının mövcud olduğu Bakıda, Rusiyada, Gürcüstanda, digər ölkələrdə ermənilərlə azərbaycanlılar bəzən bir kənddə yaşayır və işləyir, onların arasında heç bir ziddiyyət yaranmır. Buna bizdə nə üçün nail olmaq mümkün deyil? Biz bu əzmdəyik. Lakin əlbəttə, etnik təmizləmələrin nəticələri aradan qaldırılmalıdır və bizim bütün məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Prinsip etibarilə mən sizə mümkün kompromislərə bizim yanaşmamızı baza prinsiplərindən bir qədər geniş açıqladım".


Şərhlər
Bes Göyce etrafinda yaşayan azeri turkleri.Yaddan çixdi ?
Qarabağı düşməndən ordumuz İNŞALLAH alacaq. Türkiyə də arxamızda duracaq. Ancaq torpaqlarımızı ermənisiz almalıyıq. 1-cisi ona görə ki onlar bizim torpaqlarımızda öz dövlətlərini qurub və axırıncı nəfərə kimi bizi oradan ata-baba totpaqlarımızdan qovudular. Yəni düşmən ölkədə 1 nəfər Azərbaycan türkü yoxdur. 2-cisi də ki Qarabağda 1 nəfər erməni qalsa problem də qalacaq. Bu hadisələr imkan olan kimi yenə təkrarlana bilər, ona görə də bu məsələni birdəfəlik həll etmək. Naxal millət gəlib oturacaqlar Bakıda. Bir də ki, biz erməni kimi düşmənlə yenidən barışıb bir yerdə necə yaşayacağıq? Hansı ki, 100 illərdir Rusların əli ilə bizə divan tutublar. Azərbaycanda elə ailə yoxdur ki, oğlu,yoldaşı qohumu ya dostu,yaxını şəhid olmasın. Yenə qeyd edirəm elə etmək lazım ki Torpaqlarımız ermənisiz alınsın....
O prinsipləri mə oxumamışam da,onu bilirəm ki,onu məğlub durumda da qəbul etsə idik bizə çox baha başa gələcək idi. Eyni zamanda bir neçə 10 il çəkəcək idi. Erməniyə də elə status verəcək idilər ki, nə vaxt istəsələr bu problemlər yenidə bizə qarşı bir silah olardı. Yaxşı ki erməni buna da razılaşmadı. İndi 10 milyonuq lap 1milyonumuz ölək ancaq kişi kimi yaşayaq,başı aşağı yox. Torpaqlarımızı müharibə yolu ilə alaq. ...
Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır.Bu yaranı ürəyimizə çar Rusiyası və bolşevik Rusiyası saplayıb.Krasnodarda yaşayan ermənilərə,məgər muxtariyyat,yaxud da müstəqillikmi verilib?Biz torpaqlarımızı şərəfli bir döyüş yolu ilə azad edirik.Biz ermənilərə heç bir güzəşt verə bilmərik.Bu gün bizimlə ölüm-dirim savaşında çiyin-çiyinə addımlayan xalqların heç biri ermənidən əskik deyil.Necə olur ki,onlar min illərdir bizimlə doğmalar kimi yaşayır,üst-0başından üfunət qoxuyan erməni başımıza çıxmaq istəyir?Bunun səbəbi Rusiya olub.Rusiya üzdə gizlənsə də bu gündə ermənilərin yanbındadır və erməniləri silahlandırmaqla məşğuldur.