Menu

"Şagirdlərin təxminən 25 faizi məktəbdə yoluxub" - Təhsil naziri

16.10.2020, 11:54
"Şagirdlərin təxminən 25 faizi məktəbdə yoluxub" - Təhsil naziri

"Yoluxmuş 636 şagirdin adı sistemdə var. Bu şagirdlərin heç də hamısı məktəbə gəlməyib. Onlar ailədə və digər şəraitdə yoluxublar".

"Report" xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, məktəbə gəlmiş şagirdlərin təxminən 25 faizi məktəbdə yoluxub:

“Bu halda həmin siniflər bağlanıb. Ümumilikdə bir sinifdən 4-5 şagirdin yoluxması halı qeydə alınmayıb. Müəllimlər arasında kütləvi yoluxma hallarına rast gəlib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol