Menu

“Ermənistan işğal etdiyi torpaqlarımızda məscidlərimizin mənşəyini dəyişdirib” - Şeyx

16.10.2020, 16:12
“Ermənistan işğal etdiyi torpaqlarımızda məscidlərimizin mənşəyini dəyişdirib” - Şeyx

“Ermənistanın işğal etdiyi torpaqlarımızda çoxlu sayda məscidimiz məhv edilib, onların tarixi mənşəyi dəyişdirilib”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ermənilər işğal etdiyi torpaqlarda olan kilsələrin də mənşəyini dəyişdirib: “Azərbaycan haqq yolundadır. Öz torpaqlarını işğaldan azad edir. Hazırda Türkiyə, İran və başqa ölkələr Azərbaycanın haqq işinə öz dəstəklərini nümayiş etdirir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol