Menu

“Azərbaycan hakimiyyətinin fəaliyyəti qüsursuzdur” - Xaləddin İbrahimli

16.10.2020, 20:00
“Azərbaycan hakimiyyətinin fəaliyyəti qüsursuzdur” - Xaləddin İbrahimli

"Müharibə başlayandan prosesi bütün aspektləri ilə izləməyə çalışıram. Öncə onu deyim ki, Azərbaycan rəhbərliyinin bu günə qədər olan fəaliyyəti demək olar ki, qüsursuzdur və açığı belə sistemli və rasional fəaliyyət gözləmirdim. Görünür, idarəçilikdə təmizləmə aparılması, yeni dinamik komanda formalaşdırılması da öz işini görür. İstər siyasətdə, istərsə də diplomatik müstəvidə səhvlər yoxdur. Tarazlı, sakit və təmkinli, emosiyalardan uzaq, ölçülü-biçili siyasət yürüdülür, addım-addım hədəfə doğru gedilir".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Türkiyə universitetlərində dərs deyən tarixçi, professor Xaləddin İbrahimli bildirib. 

O, qeyd edib ki, bütün xalq, hər bir vətəndaş dünyada nadir görünən yetkinlik və həmrəylik nümayiş etdirir: "Bu da tarixə yazılacaq və sosial-psixoloji baxımdan hərtərəfli təhlil ediləcək. Kim nə bacarırsa, savaşa xidmət edir. Uca rəbbimizin yardımı ilə, dost deyən olar. Tək qayğımız şəhidlərimizdir. Şəhidlərsiz də müharibə olmayıb və olmayacaq. Ancaq onların fotolarını sosial mediada yaymağa həvəslənməyin, erməniləri ruhlandırmayın, sevindirməyin. Savaş bitəndən sonra millət olaraq bütün şəhidlərimizin yasını saxlayacağıq. Tanrı Azərbaycan əsgərini qorusun, Tanrı millətimizin yar və yardımçısı olsun".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol