Menu

Ermənistanda gəncləri orduya erməni qızları ilə cəlb etmək istəyirlər

17.10.2020, 11:49
Ermənistanda gəncləri orduya erməni qızları ilə cəlb etmək istəyirlər

Ermənistan silahlı qüvvələri hərbçi qıtlığını qadınların hesabına aradan qaldırmağa çalışır. “Report” “news.am”a istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin sözçüsü Arsurun Ovannisyan qadınların ordu sıralarına qoşulmaq istəyi ilə bağlı məsələni “Facebook” səhifəsində yazıb.

O, erməni qadınlarının ordu sıralarına qoşulmasına “Aslanın erkəyi-dişisi olmaz” kimi müxtəlif bəlağətli ifadələrlə don geyindirməyə səy göstərib.

Əslində, bu, Ermənistan ordusunda hərbçi qıtlığının göstəricisini aradan qaldırmaq üçün atılan addımdır. Bu ölkənin vətəndaşları öz övladlarını onlara aid olmayan torpaqlarda gedən döyüşə göndərmək istəmir. Ermənistanın Qarabağa yerləşdirdiyi terrorçu və muzdlular döyüş meydanında canlı qüvvə çatışmazlığını aradan qaldıra bilmir.

Ona görə də Ermənistanın təbliğat maşını yeni varianata əl atıb. Ermənistan cəmiyyətində müharibəyə getməyi şərəfləndirmək üçün guya qadınların, qızların könüllü olaraq döyüşə qatılmaq istədikləri təbliğ edilir. Ovannisyanın paylaşımı da buna xidmət edir.

Şərhlər

arsrun ovannisyana 2020-10-17 12:51:30

ovannisyan sən 100 faiz sutinyorsan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol