"Gəncə terroruna münasibətdə dünya ikili standartlar tətbiq edir" - Ombudsman + VİDEO

“Ermənistanın Gəncəni atəşə tutması bütün beynəlxalq hüquq normalarına ziddir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, münaqişələr zamanı mülki əhalinin qorunması ilə bağlı Cenevrə Konvensiyası qəbul edilib: “Təəssüf ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti hər zaman olduğu kimi, tərəfdar çıxdığı bütün beynəlxalq hüquq normalarına zidd addımlar atır. Bu vəziyyətə söz tapmaq mümkün deyil. Milli İnsan Hüquqları institutlarının Qlobal Alyansına, onların Avropada yerləşən şəbəkəsinə, Asiya, Avropa Ombudsmanlar institutlarına ermənilərin vəhşilikləri ilə bağlı mütəmadi məlumatlar veririk. Amma, təəssuf ki, dünyada bu terrora münasibətdə ikili standartlar mövcuddur".

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bu gecə saat 01:00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, onlarla şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

635x100

Şərhlər

t.ədalət 2020-10-17 22:51:48

İnanırıq ki,Ombudsman vəzifəsinə də Hikmət Hacıyev kimi layiqli birisi təyin ediləcək!

B.Qarabağlı 2020-10-17 16:31:07

On minlərlə mülkü azərbaycanlını hərbi terrorla məhv etmiş, milyonları öz mülklərindən qovmuş hərbi terror cinayətkarlarını mühakimə etməmiş və hələ də mühakimə etmirik?

Aynur 2020-10-17 16:28:54

Səbinə xanım halal olsun Sizə...Müharibənin ağır getdiyi istənilən qaynar nöqtədə Sizi görmək olur..Bu ağır zamanda Siz öz fəaliyyətinizlə bir daha əyani sübut etmiş olursunuz..Səbinə xanım həmişə belə operativ və aktiv olasınız

Selale 2020-10-17 16:18:34

Vetendas adinnan yazan kes sen hec ozun bilirsen ne danisirsan?necedanismalidir?gormursen ora nece dehsetli veziyyetdedir,ister istemez urek dozmir.senin kimilerde urek yoxdu ay yaziq ona gore de bele danisirsan

Selale 2020-10-17 16:18:33

Vetendas adinnan yazan kes sen hec ozun bilirsen ne danisirsan?necedanismalidir?gormursen ora nece dehsetli veziyyetdedir,ister istemez urek dozmir.senin kimilerde urek yoxdu ay yaziq ona gore de bele danisirsan

Ariz 2020-10-17 16:16:45

Layiqli ombudsman,layiqli xanim Allah sizi var elesin.

Fidan 2020-10-17 16:15:44

Var olun deyerli ombudsmanimiz haqq sesimizi dunyaya catdirdiginiz ycyn

Fidan 2020-10-17 16:13:15

Burada bos-bos serh yazan vetendas bizim.olkenin ombudsmani kimi hec bir olkenjn ombudsmani yoxdur.senin kimi bisavadlarin nezerine catdirim ki,bizim.ombudsman bir nece dil bilir ve o dillerde de serbest danisir.sen get oz danisigina fikir ver.kimsen ki,ombudsmani muzakireye qouursan?

Tamara Maharramova 2020-10-17 16:10:13

Vetendas muharibe zonasindadi. Heyacan var. Siz heqiqeten ne cur insansiniz bunu basja dushmursunuz! Camaat orda bu sheyleri gorub heyacan edir! Siz ise evde oturmusunuz danishigdan sohbet aparirsiniz!

Tamara Maharramova 2020-10-17 16:10:12

Vetendas muharibe zonasindadi. Heyacan var. Siz heqiqeten ne cur insansiniz bunu basja dushmursunuz! Camaat orda bu sheyleri gorub heyacan edir! Siz ise evde oturmusunuz danishigdan sohbet aparirsiniz!

vətəndaş 2020-10-17 13:59:59

Bu ki danışa bilmir. Müharibəı gedən ölkənin belə ombudsmanı olar?

Son yazılar