MÜVƏQQƏTİ ATƏŞKƏS ELAN OLUNDU - Minlərlə cəsədlərini yığışdırıb, bir daha düşünsünlər!

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr yerli vaxtla saat 00:00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

Qeyd edək ki, təqdimatdan da göründüyü kimi, bu qərar müvəqqəti və humanitar xarakterlidir. Belə ki, atəşkəs cəsədlərin və əsirlərin dəyişdirilməsi məqsədilə elan edilib. 

Xatırlatmaq yerinə düşər ki, oktyabrın 10-dan sonra humanitar atəşkəsə riayət etməyən ermənilərin Hadrut, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində istənilən həmlələrinin qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı və son həftədə də bir sıra yaşayış məntəqələrimiz, o cümlədən Hadrut qəsəbəsi və Füzuli şəhəri işğaldan azad edildi. Bununla ermənilər bir daha anladılar ki, hər pozduqları atəşkəs bir yeni yaşayış məntəqəmizin, şəhərimizin azad olunması və yüzlərlə erməni əsgərinin, hərbi texnikasının məhv edilməsi deməkdir. Bu səbəbdən erməni tərəfi yenidən ağ bayraqla atəşkəs istədi. Azərbaycan tərəfinin bu dəfə də atəşkəsə razılıq verməsi başadüşüləndir. 

Əvvəla, döyüş ərazilərindəki cəsədlərin yığışdırılmasına həqiqətən də ciddi ehtiyac var. 

İkincisi, Azərbaycan tərəfi yenidən humanist davranaraq, Ermənistan tərəfinə geri çəkilməyə şans verir. Azərbaycan Ordusunun torpaqlarımızın azad olunması istiqamətində irəliləməsinə baxmayaraq, Ermənistanı yenidən verdiyi şansdan yararlanmağa və Azərbaycana qarşı işğala son qoymağa çağırır.

Nəhayət, bununla Azərbaycan beynəlxalq ictimaiyyətə bir daha sübut edir ki, biz işğala sülh yolu ilə son qoyulmasının tərəfdarıyıq. Çünki Azərbaycana qan tökmək yox, öz torpaqları lazımdır. Biz işğal altındakı torpaqlarımızı istənilən yolla alacağıq. 

Bu baxımdan, nə qədər davam edə biləcəyi məlum olmayan müvəqqəti atəşkəs sadəcə erməni tərəfinə düşünmək üçün cüzi vaxt verilməsindən başqa bir şey deyil. Döyüş meydanlarındakı minlərlə cəsədlərini yığışdırarkən, onların daha ciddi düşünmək və reallığın onlar üçün nə qədər acınacaqlı olduğunu görmək üçün şansları olacaq.

"AzPolitika" 

635x100

Şərhlər

rena 2020-10-18 13:01:19

ermenilerin Allahin yaratdigi mexluqlardi onlar insan deyil mexluqdur onlara insan demek gunah olar insanliqdan kenardir onlar....!!!

Cəmşid Dərələyəzli 2020-10-18 10:17:54

Çox yaxşı. Bir daha dünyaya hümanistliyimizi göstərək. lakin unutmayaq ki, biz bu humanistliyi son 30 ildə həb göstərdik. Amma erməniyə gözün üstə qaşın var deyən olmadı. Sadəcə sadalanan bu ATƏT-in Minski üçlüyü hər dəfəsində gəlib viskisini içib getdi. Bir də siz ermənilən bu Atəşkəsə də əməl etməyəcəyinə əmin olun. Çünki, artıq Ermənistan mərkəzi hakimiyyət tərəfindən idarə olunmaqdan. çıxıb. Yəni artıq Paşiki sayan yoxdu.

Cəmşid Dərələyəzli 2020-10-18 10:16:20

Çox yaxşı. Bir daha dünyaya hümanistliyimizi göstərək. lakin unutmayaq ki, biz bu humanistliyi son 30 ildə həb göstərdik. Amma erməniyə gözün üstə qaşın var deyən olmadı. Sadəcə sadalanan bu ATƏT-in Minski üçlüyü hər dəfəsində gəlib viskisini içib getdi. Bir də siz ermənilən bu Atəşkəsə də əməl etməyəcəyinə əmin olun. Çünki, artıq Ermənistan mərkəzi hakimiyyət tərəfindən idarə olunmaqdan. çıxıb. Yəni artıq Paşiki sayan yoxdu.

Nərminə Şirəliyeva 2020-10-18 08:59:39

Çox nahaq... Onların leşləri qurd-quşa yem olmalıdır, hərçənd ki, qurd-quş da o leşlərə yaxın gəlməz...

Habil 2020-10-18 07:50:15

10 gündür müharibə gedir,2 dəfə atəşkəs? 90-cı illərdə yadımdadır Ağdərədə bizimkiləri ermənilər vurdular. Ölüsünü də vermirdilər. 2 aydan sonra ora alındı sonra götürüldü. Onlar insan deyil. Rəhmətliklərin meyidi qup-quru qurumuşdur. Harasından tuturdun ovulub gedirdi. Düşmən o düşməndir,onlar humanistlik etmək günahdır

Eko 2020-10-18 07:18:00

Diqalara nefes almaqa bele imkan vermek olmaz !!!

Türk 2020-10-18 07:11:32

Düşmənin hiyləsinə uymaq lazım deyil

RT 2020-10-18 05:24:57

Ermeni diqalarna shans vermek olmaz !!! Onlardan ne desen qôzlemek olar , Yenede minsk qrupu ? Besdideeee ... reddd eleyindeee bunnari !!!

Allahqulu 2020-10-18 01:08:41

Heç ürəyinizə şübhə düşməsin, qoy leşlərin yığsınlar. Müharibə davam edir!

Cəfər 2020-10-18 00:36:09

Bizə quyu qazmaq istəyirlər, ehtiyatlı olmalıyıq!

Əsgər 2020-10-18 00:22:39

Nə humanistlik? Erməni Gəncəni bombarduman edir. Biz də humanistlik edirik? Müharibəni yarımçıq dayandırmaq olmaz!

Mirzə AĞ 2020-10-18 00:21:08

Özümüzü aldadırıq!!!

Seymur 2020-10-18 00:18:23

Məkrli, xain, vəhşi erməni cəlladlarına inanmaq olmaz!

Vətəndaş 2020-10-17 23:25:38

Bu dava-dava oyunu oldu ki,.............

Elman 2020-10-17 23:14:35

Yenə?

Son yazılar