Menu

Ermənilər Tərtərdə məktəbə top mərmisi atıb

18.10.2020, 11:46
Ermənilər Tərtərdə məktəbə top mərmisi atıb

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri ötən gecə - oktybarın 17-də Tərtər rayon ərazisini növbəti dəfə atəşə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmənin növbəti dəfə atdığı top mərmisi şəhər ərazisində yerləşən tam orta məktəbinin qarşısına düşüb.

"Report"un əməkdaşı ilə söhbəti zamanı məktəb direktoru qeyd edib ki, oktyabrın 17-si saat 21 radələrində düşmən şəhər ərazisini atəşə tutub: "Mərminin biri məktəbin qarşına düşüb. 10-dan çox sinif otağına ziyan dəyib. Otaqların pəncərələri sınıb, divarlar dağılıb".

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri oktybarın 17-də Tərtər rayon ərazisini növbəti dəfə atəşə tutması nəticəsində bir neçə evə ziyan dəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol