Menu

Ermənistan hərbi hava qüvvələrinin polkovniki məhv edildi!

18.10.2020, 14:58
Ermənistan hərbi hava qüvvələrinin polkovniki məhv edildi!

Ermənistan hərbi hava qüvvələrinin polkovnik-leytenantı Vyaçeslav Vaskovski məhv edilib. “Report” xəbər verir ki, 45 yaşlı hərbçinin adı Ermənistan Müdafiə Nazirliyinin açıqladığı itkilər siyahısında olub.

Qeyd edək ki, Ermənistan KİV-də gedən məlumata görə, V.Vaskovski aviasiya qoşunu hissəsinin komandir müavini olub.

Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulduğunu açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol