“Muğanbank” ASC və Azərbaycan Milli Konservatoriyası birgə musiqili tədbir həyata keçirmişdir

Bugün 18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günüdür. Bu münasibətlə “Muğanbank” ASC Azərbaycan xalqını təbrik edir. Dövlət müstəqilliyimizin növbəti ildönümü ilə əlaqədar olaraq, “Muğanbank” ASC və Azərbaycan Milli Konservatoriyası vətənpərvərlik mövzusunda birgə musiqili tədbir həyata keçirmişdir. Tədbirin məqsədi həmçinin hal-hazırda dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda rəşadətlə döyüşən müzəffər Azərbaycan ordusuna dəstək göstərmək və yeni qələbələrə ruhlandırmaqdır.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət himni və Qarabağ şikəstəsi səsləndirilmişdir.

Tədbir zamanı COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin qaydalarına uyğun olaraq sosial məsafəyə riayət edilmişdir.

Tezliklə Dövlət himni və Qarabağ şikəstəmizin Azərbaycan musiqi mədəniyyətinin beşiyi olan Şuşada səslənəcəyinə ürəkdən inanırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar