Menu

Bankomatın partladılması faktı üzrə cinayət işi başlayıb

10.10.2014, 14:18
Bankomatın partladılması faktı üzrə cinayət işi başlayıb

DİN Bakıda bankomatın bir qrup maskalı şəxs tərəfindən partladılması ilə bağlı məlumat yayıb. Məlumata görə, oktyabrın 10-da saat 05:00 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partlayış səsinin eşidilməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın önündə Beynəlxalq Banka məxsus bankomatın partladılması və içərisində pul olan qutunun aparılması müəyyən edilib.

Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında 3 maskalı şəxsin avtomat silahla onu hədələyərək əl-ayağını yapışqanlı lentlə bağlayıb “VAZ-2107” markalı avtomobilin yük yerində apardığını və bir neçə dəqiqədən sonra yenidən mağazanın qarşısında düşürdüyünü bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol