Deputat Mikaelyan da Qarabağda yaralandı - Xocalı qətliamında iştirak etmişdi + FOTO

"Yerkrapa" yarım hərbi təşkilatının rəhbəri, Baş nazir Nikol Paşinyanın “Mənim addımım” blokunun deputatı Sasun Mikaelyan Qarabağda gedən döyüşlərdə kürəyindən və ayağından qəlpə yaraları alıb.

"AzPolitika.info" erməni KİV-lərinə istinadla xəbər verir ki, Mikaelyan gecə saatlarında mərmi qəlpələrinə tuş gəlib və təcili İrəvana aparılıb.

Xatırladaq ki, Sasun Mikaelyan Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni ordsunun sıralarını doldurmaq üçün adam toplamaqla məşğul idi. Sosial şəbəkələrdə yayılan kadrlarda onun qoca, xəstə, səfil görünüşlü "könüllülər" qarşısında çıxış etdiyi görünürdü.

Mikelyan qoca-qoltaq “döyüşçülərini” inandırırdı ki, azərbaycanlıların “kökünü kəsmək” lazımdır. Və indi belə görünür ki, Mikaelyanın və onun başına topladığı qoca-qoltaqların özlərinin axırı çatıb. Sasun Mikaelyan birinci Qarabağ müharibəsində dinc azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə ad çıxarmışdı və Xocalı qətliamında şəxsən iştirak etmişdi.

Bundan əvvəl daha bir Xocalı cəlladı-Ermənistan parlamentinin keçmiş deputatı olan Rüstəm Qasparyan və oğlu da Qarabağda ordumuz tərəfindən məhv edilib.

"AzPolitika.info"

635x100

Şərhlər

Vilayət 2020-10-20 12:31:56

Qaniçən quldur erməni, mütləq cəzanı alacqsan, gəbərəcəksən it kimi. Xocalıda qətlə yetirdiyin günahsız insanların ahı səni mütləq tutacaq.

Roma 2020-10-19 16:15:45

Ay erməni dığası sasun,sənin axırına az qalıb ay oğraş, Xocalı qəsbkarı namərd kopayoğlu...

Son yazılar