BP-dən AZƏRBAYCANA MÜHÜM DƏSTƏK - Şirkətin regional prezidenti Əli Əsədova məktub yazdı

BP-nin regional prezidenti Baş Nazir Əli Əsədova məktub ünvanlayıb. Nazirlər Kabinetindən verilən məlumata əsasən, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova ünvanladığı məktubda ölkəmizin öz ərazi bütövlüyünün bərpa edilməsi uğrunda apardığı mübarizədə Azərbaycan xalqına dəstək ifadə edilib.

Qəri Counz Gəncə şəhərinin və eləcə də Azərbaycanın digər şəhər və kəndlərinin son günlərdə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilərin olması xəbərindən dərindən kədərləndiyini vurğulayıb, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyan bu dövrdə cari neft və qazın hasilatı və nəqli prosesinin fasiləsiz həyata keçirilməsini təmin etmək üçün BP heyəti tərəfindən bütün mümkün səylərin göstərildiyi qeyd olunub.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar