Menu

BMT Təhlükəsizlik Şurası atəşkəsə çağırır - "Vəziyyətə kimin nəzarət edəcəyi hələ müzakirə olunur"

20.10.2020, 12:31
BMT Təhlükəsizlik Şurası atəşkəsə çağırır - "Vəziyyətə kimin nəzarət edəcəyi hələ müzakirə olunur"

BMT-nin Təhlükəsizlik Şurası Ermənistanı və Azərbaycanı yeni atəşkəs razılaşmasına əməl etməyə çağırıb. Şuranın 15 üzvü qurumun baş katibi Antonio Quterreşin çağırışını bir daha səsləndirib. O, tərəfləri atəşkəsə sayğı göstərməyə səsləmişdi.

"France Presse" agentliyinə danışan bir diplomat deyib ki, Şura üzvlərinin hamısı vəziyyətin pis olması, tərəflərin geri çəkilməli və atəşkəsə əməl etməli olması fikriylə razılaşıblar. Xatırladaq ki, oktyabrın 17-də Azərbaycan və Ermənistan Moskvanın vasitəçiliyi ilə ikinci dəfə atəşkəs razılaşması əldə ediblər. Ancaq tərəflər bir-birini onu pozmaqda ittiham edir.

Moskvanın BMT-dəki elçisi Vasili Nebenzya deyib ki, Təhlükəsizlik Şurasının iclasında üzvlər atəşkəsə nəzarətin vacibliyini vurğulayıblar. Rusiya səfiri bu nəzarət prosesinin ATƏT tərəfindən həyata keçirilməsinin mümkünlüyü istisna etməyib.

"Orada kimin hansı işi görəcəyi, buna kimin nəzarət edəcəyi hələ də müzakirə olunan sualdır", – Nebenzya toplantıdan sonra jurnalistlərə deyib.

"AzPolitika.info"

Şərhlər

Boris Ocaqov 2020-10-20 19:24:31

Cənab Vasili Nebenzya, B.Qarabağlıca münaqişənin həllinə qətiyyət belə olur: A.İclasa işğalçı tərəf də icraçı kimi çağırılır,n icrasına cavab sorulur, C.Ca B.BMT TŞ DQMV qətnaməsinin icrasını Ermənistandan sormalı və uzağı bir ay vaxt verməlydi ki, ya işğaldan geri çəkil və ya BMTdən xaric ol! Bəziləri BMT ordusu, bəziləri Sülh məramlı və s. deyirlər? Öncə qəti hüquqi tələb və adekvat tədbir mümkündür!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol