Kremlin postosvet məkanına təsiri azalır - Yaxın xaricdə baş verən olaylar nəzarətdən çıxır

Qərb mediası Dağlıq Qarabağ münaqişəsində Rusiyanın rolunu təhlil edir, Kremlin döyüşlərin dayandırılmasına təsir göstərmək gücünü dəyərləndirməyə çalışır.

“The Wall Street Journal” redaksiya məqaləsində yazır ki, konstitusiyaya dəyişikliklər Vladimir Putinin 80 yaşınadək hakimiyyətdə qalmasına şərait yaradır. Amma bu il baş verənlər onun Rusiyanın yaxın xaricində iğtişaşları dayandıra bilmədiyini üzə çıxardı.

Qırğızıstanda 4 oktyabr parlament seçkisinin nəticələri küçə etirazları nəticəsində ləğv olundu, Prezident Sooranbay Jeenbekov istefa verdi. Rusiyanın bu ölkədə hava bazası var və qəzetin mövqeyincə, Putin bu ölkədə sabitsizlikdən narahat olmalıdır.

Sentyabrın 27-dən Azərbaycanla Ermənistanın təmas xəttində başlanmış əməliyyatlar nəticəsində mülki şəxslər daxil olmaqla yüzlərlə insan həlak olub. 

“Rusiya Ermənistanı birbaşa müdafiə etməkdən imtina edib və döyüşlərin bitməsini istəyir, Türkiyə isə hadisələrin əsas hərəkətverici qüvvəsinə çevrilib. Ankaranın dəstəyi Azərbaycanı Dağlıq Qarabağı güc yoluyla geri almağa ürəkləndirib”, – məqalədə deyilir.

Qəzet qeyd edir ki, Belarusdakı son hadisələr də Rusiyanın gücünün limitini göstərir və nüfuzunun zəifləməsinə görə Putin özünü günahlandırmalıdır. Belə ki, onun repressiv və korrupsioner idarəçiliyi iqtisadi artımı yavaşıdıb, nəticədə Çin daha cəlbedici iqtisadi tərəfdaşa çevrilib, xüsusilə Orta Asiyada. Hətta iqtisadi problemləri olan Türkiyə belə Rusiya ilə hərbi baxımdan rəqabət apara bilər. Məqalədə deyilir ki, sanksiyalar dərhal nəticə verməsə də, 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra tətbiq edilən iqtisadi təcrid öz işini görüb.

Gürcüstandakı ermənistanlılar və azərbaycanlılar qonşuluqdakı müharibəni yaxından izləsələr də yanaşı yaşadıqları bu ölkədə dinc münasibətləri qorumağa çalışırlar. Bunu “Eurasianet.org” portalında Giorgi Lomsadze yazıb.

Gürcüstanda ən böyük eynik azlıqlar sayılan bu iki icma cənubda gedən müharibənin onların bu ölkədəki dinc münasibətlərinə təsir göstərməməsini vacib sayırlar. Müəllif qeyd edir ki, danışdırdığı həm azərbaycanlı, həm ermənistanlılar müharibədən alovlu, bu ölkədə yanaşı yaşadıqları icmayla haqqında isə ehtiyatla danışıblar. (azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar