Qondarma rejimin keçmiş rəhbərləri İrəvana qaçdı

Qarabağdakı qondarma erməni rejiminin (bu oyuncaq rejimin sonuna az qaldığına əminik,-red.) keçmiş rəhbərləri Arkadi Qukasyan və Bako Saakyan təcili qaydada Xankəndindən İrəvana gediblər. Və orada baş nazir Nikol Paşinyala görüşərək Qarabağda döyüş əməliyyatları zonasındakı vəziyyəti müzakirə ediblər. Bu haqda “168 jam” qəzeti öz mənbələrinə istinadən bildirir.

Məlumata görə, Qukasyan və Saakyan İrəvana həyacanlı xəbərlərlə gediblər. Həmin xəbərləri Paşinyan bir neçə saat əvvəl İrəvanda siyasi partiya nümayəndələri ilə görüşdə çatdırıb. Lakin ermənilər üçün bu bəd xəbərlərin nədən ibarət olduğunu heç kim açıqlamır.

Paşinyanın mətbuat katibi Mane Gevorkyan əvvəlcə bildirib ki, Qukasyanın və Saakyanın gəlişi haqda informasiyaya malik deyil. Lakin qəzet daha sonra qondarma rejimin keçmiş rəhbərlərinin maşınlarının hökumət binasının həyətindən çıxarkən görüntülərini təqdim edib.

635x100

Şərhlər

Kolxozdar 2020-10-20 19:41:25

Son 30 ildə BİR MİLYON AZƏRBAYCANLINI Hayestandan qovmusunuz, yarım milyon sivil, savadlı, sülhpərvər erməni də oranı tərk edib, onların əvəzinə Artsaxdakı millətçiləri də çağırın normal respublika qurun. Sizləri dünya tarixində türklər qədər insan kimi qəbul edən olmayıb!

Son yazılar