Neft son 4 ilin ən ucuz qiymətinə satılır
Neftin qiymətində eniş davam edir.
Brent xam neftinin barelinin qiyməti, neft təklifinin artması və qlobal iqtisadi proqnozlarda zəifləmə ilə əlaqədar olaraq 89 dolların altına düşüb. Brent nefti 88,10 dollar ilə 2010-cu ilin dekabr ayından bu yana ən aşağı səviyyəyə enib.
Neftin qiymətinin aşağı düşməsinə Almaniyada dünən açıqlanan zəif ixracat məlumatı da təsir göstərib. Avqustda Almaniyanın ixracı 5.8% azalıb. Bu, 2009-dakı qlobal maliyyə böhranından bu yana ən böyük azalmadır.


Şərhlər