«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) guya, Şərqi Aralıq dənizində «yunanların və kiprlilərin suveren hüquqlarını pozduğuna görə» Türkiyəni cəzalandırmaq üçün qardaş ölkəyə silah tədarükünə embarqo qoyulması məsələsini müzakrə edib, amma qərar qəbul edə bilməyib.
Bu barədə «Greek City Times» portalı xəbər verib.
Almaniya, İspaniya, İtaliya, Macarıstan və Malta Yunanıstanın irəli sürdüyü bu təklifi bloklayıb. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis təklifi ötən həftə keçirilən sammitdə Aİ siyasi rəhbərliyinə təqdim edib. Təklif Türkiyənin 2019-cu ildə Suriyaya girməsindən sonra Almaniya və Fransa tərəfindən irəli sürülmüş təşəbbüsün oxşarı olub.
Yunan nəşrinin məlumatına görə, Afinanın təşəbbüsü Aİ-nın 5 ölkəsi tərəfindən «iqtisadi səbəblərdən dolayı və Türkiyədən təhlükəli qeyri-leqal immiqrasiya ehtimalı üzündən» rədd edilib. Bu məsələdə Fransa, Avstriya və Sloveniya Yunanıstanı dəstəkləyib, Aİ-nın qalan ölkələri isə münasibət bildirməkdən çəkiniblər.
Məlumata görə, sammit dekabr ayında yenidən toplanacaq və orada Ankaraya qarşı mümkün sanksiya müzakirə olunacaq.
AzPolitika.info


Şərhlər