Naxçıvan Dövlət Gömrük Komitəsi sədrinə yeni müavin təyin edilib

Anar Şixəli oğlu Abdullayev Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Ali Məclis Sədrinin digər Sərəncamı ilə İsmayıl Telman oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar