Azərbaycanın XİN başçısı Moskvadadır - Mnatsakanyanla görüşməyəcək

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

XİN-in mətbuat xidmətinin bu barədə yaydığı məlumatda bildirilir ki, nazirin səfəri Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədi daşıyır.

Qurumun sözçüsü Leyla Abdullayeva "BBC" radiosunun Ceyhun Bayramovun erməni nazir Zöhrab Mnatsakanyanla görüşünün olub-olmayacağı ilə bağlı sualına "görüş nəzərdə tutulsaydı, yazardıq," - cavabını verib.

Ermənistan Xarici İşlər Nazirliyi Zöhrab Mnatsakanyanın da Rusiya paytaxtına getdiyini açıqlayıb. XİN mətbuat katibi Anna Nağdalyan mətbuata xəbər verib ki, nazir Mnatsakanyan Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar