İranın hava hücumundan müdafiə bölmələri ölkəərazisinin yarısından çoxunu əhatə edən genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Bu barədə yarımrəsmi "Təsnim" agentliyi xəbər yayıb. Təlimdə ordunun hava hücumundan müdafiə bölmələri və İslam İnqilabı Keşikçiləri Korpusu iştirak edib.
Təşkilatçıların sözlərinə görə, təlimlər döyüş hazırlığını artırmaq və Silahlı Qüvvələrin həqiqi müharibə şəraitində süni şəraitdə hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.
AzPolitika.info


Şərhlər