«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələri Strateji Komandanlığı vətənpərvərlik təbliğatı məqsədilə bir video yayıb. Videoda izah olunur ki, ABŞ-ın nüvə gücü ilk növbədə hansı ölkələrə tətbiq olunacaq.
ABŞ-ın təhlükəsizliyi baxımından ilk yerdə Rusiya, ardınca Çin, sonra isə Şimali Koreya qərarlaşıb. Videorolikdəki çağırışda deyilir: «Bu gün hazıram, sabah hazıram».
Müqahidəçilərin qeyd etdiyi kimi, amerikalıların anladığı formada göstərilir ki, başlıca düşmən kimdir, bütün dünyanın tərəfdaşı və xilaskarı kimdir.
Videoda ABŞ nüvə gücünün digər hədəfləri də göstərilir - Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin və Şimali Koreya lideri Kim Çen In.
AzPolitika.info


Şərhlər
Ey ABŞ nə bilirsən bəlkə bu nüvə bombaları elə ABŞ-da partladı.