«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Abxaziya «vətəndaş cəmiyyəti nümayəndələri» Qarabağ münaqişəsi zonasındakı hərbi fəaliyyətlə bağlı beynəlxalq birlik və təşkilatların ofislərinə müraciət ünvanlayıblar.
Onlar Dağlıq Qarabağın müstəqilliyinin tanınması «tələbi» ilə çıxış ediblər. Müraciət «Apsnıpress» agentliyi tərəfindən dərc olunub.
Sənəd BMT TŞ-a, Avropa Şurasına, Avropa Parlamentinə, Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ofisinə göndərilib.
Göründyü kimi, Rusiyanın «kuklası» rolunda çıxış edən Abxaziya öz boyundan böyük işlərə burun soxur, necə deyərlər, «özünə umac ova bilməyən kimsələr, özgəsinə əriştə kəsməyə girişiblər».
AzPolitika.info


Şərhlər
Abxaziya qələt eləyir, pişiklərin ağzı ətə çatmayanda miyolluyurlar..
Bunu edən birbaşa Rusiyadır , ...
Abxaziyanın bu münaqişəyə burnunu soxması keçmiş Dağlıq Qarabağ adlandırılan ərazidə müharibəni aparanın Rusiya olduğunu bir daha təsdiq edir.Dünya yaxşı bilir ki,Rusiya keçmiş SSRİ-ni işğal yolu ilə bərpa etmək üçün bu münaqişələri yaradır.İndinin özündə də Qarabağ ərazisində qurulan istehkamlar,oradakı bütün silahlar və bizə atəş açan quldurlar Rusiyaya məxsusdur.Ona görə də ermənistan tərəf konkret bir fikir irəli sürə bilmirlər.Paşinyan isə Moskva ilə Fransanın arasında vurnuxur.O,bu müharibədə,əslinbdə heç kimdir.