Menu

SİMASIZLIĞIN APOGEYİ - BMT TŞ arabanın yeddinci təkərindən dəm vurur

22.10.2020, 00:06
SİMASIZLIĞIN APOGEYİ - BMT TŞ arabanın yeddinci təkərindən dəm vurur

Xəbər verildiyi kimi, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Dağlıq Qarabağda atəşin dayandırılmasının təminatı üzərində nəzarətin vacibliyi məsələsini müzakirə edib. Bu barədə oktyabrın 19-da Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya xəbər verib.

«İndi atəşin dayandırılmasını təmin etmək lazımdır, bu, ən vacib məsələdir. Belə ki, uyğun razılaşmaya nail olunub, amma ona əməl olunmur. Başlıca məsələ razılaşmanı necə təmin etmək olaraq qalır» - Nebenzya bildirib.

Rusiyalı nümayəndə əlavə edib ki, toplantıdakı məsləhətləşmələrin gedişində, əlbəttə, bu məsələ müzakirə olunub və Şura yanaşmada yetərincə vahid mövqe nümayiş elətdirib.

İndi isə gəlin diqqət yetirək - BMT Təhlükəsizlik Şurası nədənsə Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların növbəti dəfə alovlanmasının köklərini görməzliyə vurur, amma atəşin dayandırılmasından ağızdolusu danışır. Belə mövqe isə riyakarlığın kuliminasiyasından başqa bir şey deyil. Əgər BMT gerçəkdən sözügedən münaqişə bölgəsində sabitliyin tərəfdarı olsaydı, ilk növbədə münaqişənin köklərinə nəzər salardı və ötən müddət ərzində onun beynəlxalq qanunlar çərçivəsində həllinə çalışardı. Nə yazıq ki, Quterreşin kontoru bunu etməyib!

Digər tərəfdən, BMT TŞ bu münaqişənin həlli istiqamətində 4 qətnamə qəbul edib, amma qətnamələrin yerinə yetirilməsinin qayğısına qalmayıb, əvəzində isə münaqişəni görünməmiş məkrliliklə ATƏT deyilən «anadangəlmə qısır» bir yığnağa ötürüb. Sonuncu isə münaqişənin dondurulması istiqamətində əlindən gələni edib, başqa sözlə təcavükarın (Ermənistan) başını sığallamaqla vaxt ötürüb. Ötən 26 ildə BMT və ATƏT-in «patronajlığı» altında Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında yeraltı «beton-şəhələr» salıb…

Sözümün canı odur ki, indi Azərbaycanı atəşkəsə çağırmaq əvəzinə, yaxşı olardı ki, BMT TŞ Ermənistanı 4 qətnaməyə əməl etməyə səsləyəydi - belədə BMT indikindən qat-qat nüzuzlu olardı, bölgədə isə qan su yerinə axmazdı…

Bir məsələnin də üzərinə işıq salmaq gərəkdir. Yazının əvvəlində adını çəkdiyim Nebenzya o şəxsdir ki, Krımın Rusiya tərəfindən ilhaq olunmasından sonra, məsələ BMT TŞ çərçivəsində müzakirə edilərkən indikindən də iyrənc mövqe ortaya qoymuşdu. O zaman Nebenzyanın riyakarlığından danışan Ukrayna nümayəndəsi belə demişdi: «Onun riyakarlığından sadəcə, iyrənirəm! Az qalıram ki, durub onu döyəm…»

Vay dünyanın halına ki, BMT-də Nebenzya kimi riyakarlar otururlar!

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Azər 2020-10-22 09:28:29

BMT öz aktuallığını, nüfuzunu və lazımlılığını itirmiş toplantıdır. Güclü ölkələrə heç bir təsiri yoxdur- Amerika hər şeyə zidd olaraq ,öz maraqlarına görə hər yerə ordu yerodir, rusiya Krımı ilhaq etdi ,nə etdi bmt...Ləğv olunması gərəkir, üzvlər üçün artıq xərcdir.

Akif m. 2020-10-22 06:32:25

Müəllif çox doğru buyurur. Beynəlxalq qurumlar atəşkəsi dayandırmaq istəyir, amma bu münaqişənin kökləri haqqında danışmaq istəmirlər. Ermənistan BMT-nin 4 qətnaməsini icra etməyib, onu hörmətdən salır, kürəyini yerə vurur, BMT isə erməninin havadarı rolunda çıxış edir. Ermənistanda bir azərbaycanlı qalmayıb.Bunlar Etmənistanın müqəddəratını təyin etmək haqqından danışırlar. Milli ordumuz sonadək döyüşməli, Ermənistanı təslimçilik aktına qol çəkməyə məcbur etməlidir. Azərbaycanda 1 erməni qalmamalıdır.Nə qədər qalacaq, hər zaman brlə açıları yaşayacağıq. İti qovan kimi qovmaq lazımdır. Zəngəzurda, Göyçədə zorla qovulmuş azərbaycanlılara muxtariyyət verin , tapdalanmış haqqını bərpa edin, öz yurdlarına dönüşünü təmin edin, sonra azərbaycanda müqəddərat sözünü dilə gətirin. Yadınızdadırsa, bu müharibə qızışmamışdan Lavrov bu plnı demişdi: 5+2 rayon, dəhliz və müqəddərat məsələləri, Rusiyanın orada sülhməramlı qüvvələr yerləşdirməsi. Üstündən nə qədər keçib, dağıntılarımız, dinc sakinlərimizin faciəli ölümləri, şəhidlərimiz.. Biz yenə bu variantı qəbul etməliyik? Bu variant ilk dəfə masaya qoyulduğu vaxt üçün məqbul idi.Amma indiki şərait , Azərbaycanın mövcud qüdrəti üçün məqbul deyil. İnanıram ki, Cənab Ali Baş Komandanın qətiyyəti bizim qəti, dönməz, əbədi qələbəmizi təmin edəcəkdir.Bu məsələ birdəfəlik həll edilib gedər-gəlməzə göndərilməlidir. Sülhməramlı missiya BMT-nin olsun, mütləq onların tərkibində Böyük Türkiyə də olsun.

t.ədalət 2020-10-22 00:57:29

BMT üzərinə düşən vəzifəni,yəni münaqişəni həll etməyi icra edə bilmədi.Azərbaycan bu gün BMT deyilən təşkilatdan imtina edə bilər.Bu təşkilata ödənən pulları da geri tələb etmək haqqımız var

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol