Menu

İspaniyada yoluxma sayı 1 milyonu keçdi

22.10.2020, 11:36
İspaniyada yoluxma sayı 1 milyonu keçdi

Avropa Şurasının sədri Şarl Mişel koronavirusla bağlı təcili qeyri-rəsmi Avropa İttifaqının sammitini çağırıb. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə AŞ rəhbəri özü məlumat verib: "Liderləri 29 oktyabr 2020-ci ildə COVID-19 ilə bağlı keçiriləcək qeyri-rəsmi video konfransa dəvət edirəm".

O qeyd edib ki, COVİD-19 epidemiyası ilə əlaqədar Avropa zonasında vəziyyət ürəkaçan deyil.

Yeri gəlmişkən, bu gün İspaniyada COVID-19-a yoluxanların sayı 1 milyonu ötüb. Son məlumata görə, ölkədə koronavirus yayılandan bu günədək 1 005 295 yoluxma faktı aşkar edilib. Beləliklə, İspaniya koronavirusa yoluxma sayına görə Avropa İttifaqında milyonu keçən ilk ölkə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol