Menu

İlham Əliyev Mehriban Əliyeva haqqında - "Mən bunu ilk dəfə deyirəm..."

22.10.2020, 15:45
İlham Əliyev Mehriban Əliyeva haqqında - "Mən bunu ilk dəfə deyirəm..."

"Mən atamın xələfi olmamışdan əvvəl uzun illər idi, 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü idim. 1997-ci ildən bəri mən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Mən aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini olmuşdum və Baş Nazir olmuşdum. Beləliklə, mənim siyasi karyeram beynəlxalq müşahidəçilərə məlumdur və əlbəttə ki, onlar bunun onların təqdim etmək istədiyi kimi olmadığını bilirlər. Xələf olmaq haqqında danışdıqda, niyə heç kim Buş ailəsi, onların bir-birinin necə davamçısı olması haqqında danışmır? Niyə heç kim Klinton ailəsi haqqında, xanımın dövlət katibi və sonra da prezident namizədi olması haqqında danışmır və bunun kimi bir çox hallar var. Bu məsələni qaldırmazdan əvvəl, qoy, onlar özlərinə baxsınlar".

Prezident İlham Əliyev bu fikirləri Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.

"Xanımıma gəldikdə, mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir. Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır. Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklif etdikdə, o, bunu o qədər də sevinclə qarşılamamışdır. Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o, istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir", - deyə Prezident əlavə edib.

Şərhlər

H.Əvəz 2020-10-24 11:08:40

Sizin və Mehriban xanımın çox təmkinli və səbirli siyasətinin nəticəsidir ki,bu gün bütün xalq ayağa qalxaraq,sizinlə birlikdə düşmənlərimizi qarşı birləşib vuruşur və sizdən də, tez bir zamanda Qarabağ torpaqlarının tam azad olmaq xəbərini gözləyirik.İlk olaraq da sizin Qarabağda Azərbaycan Bayrağını sancmasını gözləyirik.Göz qabağındadır ki,siz ailənizlə birlikdə 10 milyonluq xalqı sevindirmək üçün gecə və gündüz zəhmət çəkirsiniz.Allah sizi qorusun.Qarabağ bizimdir,bizim olacaq.k.

Radə 2020-10-23 12:01:30

Mehriban xanım hər bir Azərbaycan qadınının fəxr, fəxarət və qürur yeridir

Natevan xanim. Ebdulrehimova. 2020-10-22 22:33:40

Salam. Men Mehriban xanimi basda Prezidentimiz olmaqla cox istiyirem. Onlara heyatin en sirin nemeti olan can sagligi arzu edirem. Cox sukur bu gune. Opurem onlari

Könül Hüseynli 2020-10-22 21:07:03

Azərbaycan xalqı Mehriban xanımı ürəkdən sevir və inanır ki, Azərbaycanın bu günkü uğurlarında onun böyük payı var.

Elıyeva Resmıyye-Lahıc 2020-10-22 20:59:32

Ali bas komandanımız Ilham Elıyev ve xanımı Mehrıban .Var olun hemıse ve sızınle qrur duyuruq.Sızın Bızım Lahıc qesebesınde etıklerınız ucun sıze mınnetdarıg.Allah sızı qorusun.İnsallah qelebe gununu gozleyırk.

Rauf əhmədov 2020-10-22 20:21:32

Biz ailəliklə rəhmətlik ulu öndərimiz başda olmaqla bu ailəyə böyük hörmət və rəğbət bəsləyirik.Allah Heydər babaya və Zərifə xanıma rəhmət eləsin qalanlara uzun ömür. və can sağlığı versin. Uğurlar arzulayirig

Roma 2020-10-22 17:12:08

Mehriban xanım hər hansı bir Azərbaycanlı ailəsinin sevimlisidir. Onun xalqımız qarşısında xidmətlərini görməmək sadəcə qeyri mümkündür. Milyonlarla insanlar onu özünə ana-bacı və eləcə də güman yeri bilir. Möhtərəm Prezidentə layiq həyat yoldaşıdır. Ulu tanrıdan Ona və Ailəsinə can sağlığı, bəxtəvər günlər arzulayıram...

Fuad 2020-10-22 16:30:58

Yaxsi edirik ne edirikse. Xalqin sexsi isidir neyi nece edirik ozumuz bilerik. Dunya getsin oz isiynen mesgul olsun.

Rahim 2020-10-22 15:57:54

İkinizde fəxrimizsiniz çox yasayin

Rahim 2020-10-22 15:57:54

İkinizde fəxrimizsiniz çox yasayin

Haci 2020-10-22 15:52:24

Cənab Ali Baş komandanın Sizi və ailənizi Allah qorusun. Xalqın Sizə və Mehriban xanıma sevgisi sonsuzdur. Bizə qələbələr yaşadan SƏRKƏRDƏM.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol