Menu

Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

22.10.2020, 20:11
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirib. Konfransda nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov iştirak edib.

O, keçirilən brifinqdə gün ərzində cəbhədə baş vermiş hadisələr haqqında məlumatlar verib, i.ğaldan azad edilən qəsəbə və kəndlərin adını açıqlayıb: “Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir”.

“Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan - İran dövlət sərhədi tam nəzarətə götürülüb. Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir” -deyə,  Anar Eyvazov bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir: “Qoşunlarımız əməliyyat şəraitinə tam olaraq nəzarət edir. Ordumuz qələbə əzmi ilə, zəfər yolu ilə davam edir. Qələbə bizimlədir!”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol