"DANIŞIQLADA RUSİYA İLƏ BİRGƏ TÜRKİYƏ DƏ OLMALIDIR!" - Ərdoğandan yeni açıqlamalar

ATƏT-in Minsk qrupu bir nəticə ortaya qoya bilməyib. Azərbaycan haqlı tələbini ortaya qoyur. Prezident İlham Əliyevin tələbini bir kənara qoymaq mümkün deyil. Azərbaycan deyir ki, Ermənistan bu problemin həllində Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. Rusiya nə qədər Qarabağ problemilə bağlı sülh və sabitlik istəyirsə, Türkiyə də ən azı o qədər istəyir. Rusiya regionda nə qədər söz haqı varsa, Türkiyənin də bir o qədər  haqqı olduğuna inanıram". 

AzPolitika.info  xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnaistlərin suallarını cavablandırarkən belə bildirib.

R.T.Ərdoğan deyib ki, Türkiyə ATƏT-in Minsk qrupunün üzvü olduğu üçün məsələnin diplomatik yollarla həllində ölkəsinin yer alması mümkündür və buna görə, indiyədək Rusiya tərəfdən əks bir mövqe olduğunu eşitməyib: “Bu sərhəd təhlükəsizliyi, sülh danışıqlarında Rusiya ilə birgə Türkiyə də olmalıdır. Rusiyanın bu məsələdə Türkiyə ilə bağlı mənfi münasibəti haqqında açıqlamalar yoxdur. Hə halda Rusiya rəsmilərinin bu məsələ ilə bağlı hər hansı mənfi rəyi şəxsən mənə bildirilməyib. Var deyənlər, öz qənaətlərini ortaya qoyurlar. Bizim Rusiya ilə istər Suriya, istər Liviya məsələsilə bağlı ortaq fəaliyyətlərimiz var. Ümid edirik ki, Azərbaycan-Ermənistan məsələsində də müvafiq addımlar ataraq regionda sülhü bərqərar edərik”. 

Ərdoğan “S-400-ü sınaqdan keçirdiklərini də təsdiqləyib:“Bəli biz S-400-lərlə bağlı testləri apardıq. Hər halda buna görə, ABŞ-a müraciət edəcək deyildik”.

R.T.Ərdoğan deyib ki, Türkiyə sadəcə S-400 deyil, ağır, orta, yüngül, eləcə də ABŞ-dan alınan silahları da sınaqdan keçirir: “Bundan sonra da eyni şəkildə bunu edəcəyik. Qonşuluqda Yunanıstan S-300-lə nəinki test aparır, bu silahlardan istifadə edir. Bunu Amerika onlardan soruşurmu? Yox. Ona görə ki, bu xüsusilə Rusiyaya aid silah olması onları yəqin ki narahat edir. Amma biz qərarlıyıq və yolumuza bu şəkildə davam edəcəyik”.

Türkiyə Prezidenti eyni zamanda Liviyada atəşkəsin daimi olacağına inanmadığına da mövqeyini bildirib: “Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu, gecə saat 00.00 etibarı ilə atəşkəs başlanacaq deyildi, amma buna əməl edilmədi, Ermənistan pozdu. Ümid edirəm ki, Liviyada belə olmaz”.

635x100

Şərhlər

B.Qarabağlı 2020-10-26 18:17:25

Prezident A.Sərqsyan və Baş Nazir N.Paşinyan onları qəbul etmiş erməni xalqını azacıq da olsa sevib, acgöz işğal ölümündən xilas etmək istəsəydilər, birbaşa dayanıb, Azərbaycan rəhbərliyi ilə razılığa gələr, ən uzağı Tiflisdə görüşərdilər?

Akif m. 2020-10-23 23:02:14

Türkiyə bizim üçün əsas söz sahibidir. Minsk qrupu, BMT 30 il müddətində beynəlxalq institutların gücünü göstərə bilmədilər, BMT-nin, ATƏT-in nüfuzunu qoruya bilmədilər,heç buna girişmədilər. Tək Tusiay bunu edə bilərdi. Prezidentin qətiyyəti və çevik diplomatiyası da məlum. Ermənistan kapitulyasiaya məcbur edilir. Əgər bu baş verirsə, nə sülhməramlı qüvvə, həm də kapitulyasiyaya məcbur edən ölkə özü proseslərin idarəedicisidir.

Rasim 2020-10-23 21:09:52

Türkiyə danışıqlarda mütləq olmalıdı...Rusiya 300 ildi bizim torpağları Ermənistana,İrana paylayıb..Türkiyə isə bizi keçən əsr erməni soyqırımından xilas edib..Türkiyə necə qətiyyətlidisə bizdə daha qətiyyətli olmalıyıq

İbrahim Şəkili 2020-10-23 19:53:31

Qarabağ qış uçuşu boyunca Türkiyəyə Rusiyadan daha yaxındır, həm də türk torpağıdır..Ona görə türklər olmayan barışdan söhbət ola bilməz barışıq

Özgür 2020-10-23 19:16:58

Türkiyənin Azəbaycan tərəfdən danışıqlarda iştirakı labüddür. Əgər bunu etməsələr biz batdıq.

Xalq 2020-10-23 17:15:00

Rəcəb Tayyib Ərdoğan danışıqlarda mütləq və mütləq olmalıdır, Ərdoğansız danışıqlara gedilməməlidir. Zorla atəşkəs olduğu kimi zorla bizə sərf etməyən sülh ola bilər.

Son yazılar