Menu

Türkiyədə baş verən hadisələrlə bağlı Gülən camaatından açıqlama

10.10.2014, 17:15

gulen-erdogana-beddua-ettiTürkiyədə baş verən hadisələrlə bağlı Fətullah Gülən camaatı açıqlama verib. Avropa.info-nun məlumatına görə, açıqlamada həmçinin Kobaniyə yardım edilməsi istənilib.

Türkiyədəki hadisələr haqqında Gülən camaatı mövqeyini ortaya qoyub. "Kobani hadisələrində gülənçilərin barmağı var" iddialarına da cavab verilən açıqlamada Türkiyənin Kobaniyə müdaxilə etməsi tələb olunub.

Açıqlamada "Keçmişin qaranlıq anarxiya və terror günlərini xatırladan dəhşətli hadisələri böyük narahatçılıqla izləyirik" deyilib və IŞİD-in Kobaniyə hücumu dəhşət verici adlandırılıb.

Gülən camaatı Kobani hadisələrində günahlandırılmalarına da sərt reaksiya verib:

"İllərdir heç bir ayrı-seçkilik etmədən ictimai sülhə və təhsilə töhfə verməyə çalışan məktəb, sinif otağı, tələbə yurdu kimi qurumlar da təəssüf ki, bu prosesdə təcavüzə məruz qalıb.

Buna baxmayaraq əvvəlindən bəri həll prosesini dəstəkləyən, kürd probleminin həlli üçün də işlər görən, yüz minlərlə könüllü kürdü nəzərdə saxlayan bir qurumun bu hadisələri planladığını dilə gətirmək ağıla zərərli bir böhtandır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol