Borrel və Pompeo Qarabağdakı vəziyyəti müzakirə ediblər

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel və ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.

TASS-ın məlumatına görə, tərəflər telefon söhbəti zamanı Qarabağdakı vəziyyəti müzakirə ediblər və xarici tərəfləri təhlükəli fəaliyyətlərdən çəkinməyə çağırıblar.

“Hər iki qurum rəhbəri Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti də qiymətləndirib və hərbi əməliyyatların dərhal dayandırılmasına və razılaşdırılmış atəşkəs rejiminə əməl olunmasına çağırış ediblər. Onlar tərəfləri dərhal ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəsilə tutarlı danışıqları bərpa etməyə çağırıblar”, - deyə Aİ-nin Xarici Siyasət Xidmətinin telefon danışığı ilə bağlı bəyanatında bildirilib.

635x100

Şərhlər

Xalq 2020-10-24 11:12:48

Qarabağdan erməni qoşunları çıxmasa atəşkəs olmayacaq, bütün xalqımızın fikri belədir! Qələbəyə kimi müharibə! müharibə! müharibə!

Son yazılar