Menu

“MAKRONUN PSİXİ MÜALİCƏYƏ EHTİYACI VAR” - "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır"

24.10.2020, 18:29
“MAKRONUN PSİXİ MÜALİCƏYƏ EHTİYACI VAR” - "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır"

“Hazırda Azərbaycandakı fəlakətlərin arxasında Fransa var”.  "AzPolitika.info"nun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Minsk qrupunda varsınız. Bu günədək nə edibsiniz? Azərbaycan ərazilərini işğaldan azad edibsinizmi? Sadəcə, ermənilərə silah göndəririsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı düşünürsünüz. Edə bilməzsiniz, çünki dürüst deyilsiniz” – deyə Ərdoğan qeyd edib.

Daha sonra Ərdoğan Fransa prezidenti Emmanuel Makron barədə sərt ifadələr işlədib: Bu Makron deyilən zatın İslamla dərdi nədir? Makronun psixi müalicəyə ehtiyacı var. İnanc azadlığından anlamayan və öz ölkəsində yaşayan milyonlarla fərqli din mənsublarına bu cür davranan bir dövlət başçısına başqa nə deyilə bilər?”

Ərdoğan əlavə edib ki, bir ildən sonra Fransada seçkilər keçiriləcək və o zaman Makronun aqibəti bəlli olacaq. Türkiyə Prezidenti Makrona xitab edərək deyib: “Seçkidə aqibətini görəcəyik. Yolunun çox uzaq olacağını zənn etmirəm. Fransaya bir şey qazandırmadın ki, özünə də bir şey qazandırasan...” 

Tahir

AzPolitika.info

Şərhlər

Nigar 2020-10-27 15:36:48

Sizə Makron lazımdır? Cəhənnəm olsun ermənilərin iti və bir də yanındakı qoca arvadla...

Özgür 2020-10-25 16:26:07

makaron və fransızlar ermənilik xəstəliyinə tutulublar, təcili psixiatra müraciət etsinlər. Sonra gec olar haaaaaaaaaaaaaaaaaaa!

Xalq 2020-10-24 19:43:45

makaron xristian fundamentalistidir və multikulturalizmdən xəbəri yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol