Bakıda kütləvi davada 1 nəfər bıçaqlanıb, 3 nəfərə küt alətlə xəsarət yetirilib

Bakının Qaradağ rayonunda kütləvi dava düşüb.

APA xəbər verir ki, hadisə Qobustan qəsəbəsində baş verib.

1970-ci il təvəllüdlü Nağıyev Valeh Mirağa oğlu kütləvi dava zamanı bıçaqlanıb. 1964-cü il təvəllüdlü Nağıyev Bəkir İsmayıl oğlu, 1991-ci il təvəllüdlü Nağıyev Cəmil Bəkir oğlu və 1996-cı il təvəllüdlü Nağıyev Abit Bakir oğlu dəmir boru vasitəsilə döyülüb.

Xəsarət alan 4 nəfər 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar