Menu

"Günay Bank" sosial şəbəkələrdə barəsində gedən iddialara bağlı açıqlama verdi

25.10.2020, 11:40
"Günay Bank" sosial şəbəkələrdə barəsində gedən iddialara bağlı açıqlama verdi

"Günay Bank" ASC sosial şəbəkələrdə bankla bağlı yayılan bəz məlumatlara aydınlıq gətirən açıqlama yayıb. Açıqlamada deyilir: i 

"Son dövrdə sosial şəbəkələrdə hazırda Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən Həsənov Mətləb Əli oğluna kredit müqaviləsi əsasında məxsus olan avtomobilin "Günay Bank" ASC tərəfindən cərimə meydançasına qoyulduğu barədə dezinformasiyaya yayılıb. Bununla bağlı  rəsmi olaraq cavab bildiririk ki, bank ilə qeyd olunan vətəndaş arasında hər hansı kredit müqaviləsi bağlanmadığından bu mümkün deyildir.

Banka dair əsassız iddiaların, ünvanlanan nalayiq ifadələrin və belə bir həssas dövrdə "Günay Bank" ASC ilə bağlı mənfi ictimai rəyin yaranmasının qarşısının alınması məqsədilə məsələ bank rəhbərliyi tərəfindən araşdırlıb.

Məlum oldu ki, Həsənov Mətləb Əli oğlu Günay Bank ASC-nin deyil, bankın korporativ müştərisi olan "Günay Finance" şirkətinin müştərisidir.

Həmçinin o da məlum olmuşdur ki, Həsənov Mətləb Əli oğlunun kredit borcları iyul, avqust və sentyabr ayları ərzində ödənilmədiyindən avtomobil 25 sentyabr 2020-ci il tarixində şirkət əməkdaşları tərəfindən deyil, AR DYP işçiləri tərəfindən cərimə meydançasına qoyulmuşdur.

Son olaraq qeyd edirik ki, heç bir rəsmi sübutu olmayan bu məsələnin hər zaman Ordumuzun, o cümlədən onun hər bir əsgərinin yanında olan "Günay Bank" ASC-yə heç bir aidiyyəti yoxdur". 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol