Menu

“Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır” - "Bunun bir yolu var..."

25.10.2020, 21:35
“Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır” - "Bunun bir yolu var..."

“Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk”.

Bunu Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib.

“Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olublar.

Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var - Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır.

Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir.

Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik” deyə, Dövlət başçısı bildirib.

Şərhlər

Nərminə Şirəliyeva 2020-10-26 08:12:14

Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Göydə Allah, yerdə Ali Baş Komandanımız və onun müqtədir ordusunun köməyilə, inşallah, tezliklə qələbə bizim olacaq... Amin...

t.ədalət 2020-10-25 22:42:21

ermənistanın arxası-dayağı Putindir.erməni silah-sursat və maliyyə ilə təmin edən,erməniləri bizimlə döyüşə hazırlayan Rusiyadır.

Fuad 2020-10-25 21:56:31

Cənab prezident arxanızdayıq. Canımızı verməyə hazırıq. Kim nə deyir desin. Bu qeder huququn bizim terüfimizde olmasina baxmayataq onlarin terefini tutanlarda bizim ucun cinayetkar ve isgalcidir. İreli. Basimizi qoyariq sizin yolunuzda. Ugurlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol